Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüş yaxın vaxtlarda baş tuta bilər.
Lent.az-ın Türkiyə mediasına istinadla məlumatına görə, danışıqların ən yüksək səviyyədə aparılmasının mümkünlüyünü qiymətləndirən Kalın vurğulayıb: “Türkiyə Ukrayna böhranının həllində həlledici rol oynamağa davam edəcək. Son nəticədə bu məsələdə son sözü deyəcək şəxs prezident Putindir”.
Eyni zamanda, Putinlə Zelenskinin görüşünün mümkünlüyünü şərh edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunun “görüş xatirinə görüşə” çevrilməməli olduğuna təkid edib.