Putin və Zelenskinin görüşü ilə bağlı  YENİ AÇIQLAMA 
31 mart 2022 19:04 (UTC +04:00)

Putin və Zelenskinin görüşü ilə bağlı YENİ AÇIQLAMA 

0

Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən əvvəl ölkələr arasında sazişin mətni üzərində iş yekunlaşmalıdır.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu şərti Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.

Bundan əvvəl də danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirmişdi ki, prezidentlərin görüşündən yalnız Moskva və Kiyev sazişi hazırlayıb təsdiqlədikdən sonra danışmaq mümkün olacaq.

Onun sözlərinə görə, əvvəlcə nümayəndə heyətləri müqavilənin mətnini hazırlamalı və razılaşdırmalıdırlar, bundan sonra onu xarici işlər nazirləri paraflamalı, sonra isə sənədi hökumət təsdiqləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2462

Oxşar yazılar