Putinin ətrafı  sui-qəsd   hazırlayır –  İDDİA
20 mart 2022 14:34 (UTC +04:00)

Putinin ətrafı sui-qəsd hazırlayır – İDDİA

0

Rusiyanın biznes və siyasi elitasında prezident Vladimir Putinə müxalif qrup formalaşıb. Onların məqsədi Putini tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmaq və Ukrayna müharibəsi nəticəsində Qərblə dağılmış iqtisadi əlaqələri bərpa etməkdir.

Lent.az bildirir ki, bu barədə “Facebook”da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Rusiya siyasi elitasının müəyyən hissəsi Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu Putinin varisi hesab edir. Maraqlıdır ki, Bortnikov da bu yaxınlarda Rusiya liderinin  gözündən düşüb. FTX rəhbərinin bu duruma düşməsinin rəsmi səbəbi Ukraynaya qarşı müharibədə ölümcül səhv hesablamalardır. Məhz Bortnikov və onun rəhbərlik etdiyi qurum Ukrayna əhalisinin əhval-ruhiyyəsini və Ukrayna ordusunun döyüş qabiliyyətini təhlil etməyə cavabdeh idi”, - məlumatda vurğulanır. 

Kəşfiyyat məlumatlarına görə, Bortnikov və Rusiya elitasının bəzi digər nüfuzlu üzvləri Putini hakimiyyətdən uzaqlaşdırmağın müxtəlif variantlarını - xüsusən də zəhərlənmə, qəfil xəstəlik və ya digər “qəza”ları nəzərdən keçirirlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5175

Oxşar yazılar