Rusiya BMT-nin Təhlükəsizlik Şurasından çıxarılır? – Lavrovdan  AÇIQLAMA
02 mart 2022 20:47 (UTC +04:00)

Rusiya BMT-nin Təhlükəsizlik Şurasından çıxarılır? – Lavrovdan AÇIQLAMA

0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasından çıxarılma ehtimalı ilə bağlı fikirlərini bildirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, jurnalistlərin Böyük Britaniyanın müvafiq çağırışından sonra Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasındakı daimi üzvlüyündən məhrum etməyin mümkün olub-olmaması ilə bağlı sualına Lavrov belə bir mexanizmin mövcud olmadığını bildirib.

“İngiltərə nümayəndələrinə heç nə izah etməyə çalışmayın. Onların mütləq qeyri-adekvatlığı çoxdan hamıya yaxşı məlumdur”, - nazir vurğulayıb.

Fevralın 25-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Rusiyanın Donbasdakı hərbi əməliyyatına görə bu ölkənin BMT Təhlükəsizlik Şurasından çıxarılmasını tələb edən qətnaməni müzakirə etmək qərarına gəliblər.

“Axios” nəşri qeyd edib ki, Nümayəndələr Palatasının və Senatın qərarları heç bir hüquqi qüvvəyə malik olmadığından və “məsləhət xarakteri daşıdığından Rusiyanın kənarlaşdırılması mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4891

Oxşar yazılar