Tansu Çillər  siyasətə qayıdır?
09 mart 2022 18:59 (UTC +04:00)

Tansu Çillər siyasətə qayıdır?

Türkiyənin 22-ci və ilk qadın baş naziri Tansu Çillərin yenidən siyasətə dönəcəyi ilə bağlı iddialar yayılıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çillərə “Güclü Türkiyənin güclü qadınları” zirvə toplantısında siyasətlə məşğul olub-olmayacağı ilə bağlı suallar ünvanlanıb. 

O bildirib ki, heç bir şəxsi gözləntisi yoxdur: 

“İndi mən hər şeydən çox millətimə nəsə vermək, öz təcrübəmi bölüşmək istəyirəm. Bəli, mən tam hazır deyiləm, amma bunu etməyi çox arzulayıram. Bunu özümə borc bilirəm. Yəni hələ qərar verməmişəm. Amma buna qərar verəcəmsə əmin olun, kürsü, pul üçün etməyəcəm”. 

# 4224
avatar

Sevinc Fərid

Oxşar yazılar