İş adamı Roman Abramoviç İstanbula Rusiya prezidenti Vladimir Putinin təyin etdiyi danışıq iştirakçılarından biri kimi gəlib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, əks halda o, sanksiyalara məruz qalan bütün sahibkarlar kimi Türkiyə ərazisinə daxil ola bilməzdi. “Abramoviç Türkiyəyə danışıqlar aparan komandanın tərkibində gəlib. Təkrar edirəm, o, Rusiya prezidenti Vladimir Putin tərəfindən danışıqlar aparan qrupun üzvlərindən biri kimi gəlib”, - Kalın deyib.