Ukraynada  çevriliş üçün milyardlar:   Rusiya FTX-ya pul “atanlar” kimlərdir?
27 mart 2022 19:49 (UTC +04:00)

Ukraynada çevriliş üçün milyardlar: Rusiya FTX-ya pul “atanlar” kimlərdir?

0

“Bellingcat”ın araşdırmaçı jurnalisti Xristo Qrozev bildirib ki, Rusiya 2014-cü ildən bəri Ukraynada rusiyayönlü siyasətçilər və fikir liderləri şəbəkəsinə milyardlarla dollar xərcləyib, lakin onlar pul alıb aldadıblar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, Rusiya Federal Təhlükəsizlik Xidmətinin epik uğursuzluğunu “YouTube” kanalının efirində “Davamı olacaq” proqramında açıqlayıb.

"...söhbət rubldan yox, milyardlarla dollardan gedir. 14-cü ildən (2014-cü ildən –red.) bu günə kimi xərclənib. 150-160 yüksək rütbəli FTX zabiti olub. Onların hər birinin istənilən səviyyədə olan ukraynalıları işə götürmək üçün qeyri-məhdud büdcəsi var idi”, - araşdırmaçı jurnalist deyib.

Onun sözlərinə görə, sonda casus şəbəkəsi işləməyib: "Və burada hətta pulu alan Ukrayna casusları da onları aldadıblar. Sadəcə olaraq, onları aldadıblar".

Xatırladaq ki, hələ 2021-ci ilin noyabrında prezident Vladimir Zelenski mətbuat marafonunda Ukraynada “Rusiya nümayəndələrinin” iştirakı ilə dövlət çevrilişinə hazırlıq barədə məlumatı olduğunu bildirmişdi. Potensial tarixlər arasında 1-2 dekabr qeyd olunurdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4340

Oxşar yazılar