SAS-dan (Britaniya Xüsusi Hava Xidməti) 70-dən çox yaraqlısı və Amerikanın elit xüsusi təyinatlı “dəniz pişikləri”nin 150 hərbçisi Ukrayna prezidenti Vladimir Zelenskini Kiyevdən təxliyə etməyə hazırlaşır.
Lent.az bildirir ki, bu barədə “The Sun”un məlumata yaydığı iddia edilir.
Nəşrin məlumatına görə, Zelenskinin özü xahiş etsə, evakuasiya gecə saatlarında baş verə bilər.
Hələlik Litvadakı hərbi bazada Ukraynadan gələn hərbçilərlə birlikdə xüsusi təyinatlılar da təlim keçir. Eyni zamanda, qəzet Ukrayna liderinin hansı ölkəyə təxliyə oluna biləcəyini dəqiqləşdirmir.
Bundan əvvəl Zelenski təxliyəsi ilə bağlı məlumatı təkzib edib və videomüraciətində Kiyevdə olduğunu və heç yerə getmədiyini bildirib.