Rusiyanın Ukraynaya hücumlarının 12-ci günüdür. İndi Ukraynanın hər yerində dağıntı var. İki gün əvvəl ABŞ mətbuatında dərc olunan xəbərdə müharibə hazırlığının çox əvvəldən başladığı ortaya çıxıb.
ABŞ dövlət katibi Antoni Blinken Ukrayna prezidenti Vladimir Zelenskinin öldürülməsi halında Ukraynada hakimiyyətin davamı üçün planını olduğunu bildirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Amerikanın CBS kanalına danışan Blinken Zelenskinin gələcəyini və Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.
Zelenskinin bir neçə dəfə görüşdüyü liderlərə "Bu, son görüşümüz ola bilər" dediyini xatırladan Blinken, "Rusiya Zelenskini öldürsə nə olacaq? Ukraynada onun olmadığı bir administrasiyaya dəstək vermək üçün fövqəladə planınız varmı?” sualına belə cavab verib: “Ukraynalıların bununla bağlı planları var, mən hələlik bu barədə təfərrüatlara varmayacağam, amma deyə bilərəm ki, biz administrasiyanın bu və ya digər şəkildə davam etməsini istəyirik”.