Ukrayna prezidenti Vladimir Zelenski Roma Papası Fransiskə zəng edib.
“Mən Roma Papası Fransisklə danışdım”, - Zelenski bildirib. - Ukrayna və dünya üçün dualara görə təşəkkür etdim”, - Lent.az xarici KİV-ə istinadla bildirir ki, Zelenski belə deyib.
Prezident əlavə edib ki, Kiyev “İnsan əzablarının aradan qaldırılmasında Müqəddəs Taxt-Tacın vasitəçilik rolunu” da alqışlayıb.