Nazirlik Corat bələdiyyəsinə 700 manat cərimə kəsdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Sumqayıt şəhərinin Xəzər sahili ərazilərində bərk məişət tullantılarının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirib. Artıq yoxlama-reydlərin nəticələri də məlumdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Sumqayıt-Novxanı dənizkənarı yolunun sağ hissəsində, S.Əliyev və Sahil küçələri ərazilərində tullantıların qalaqlanması və yandırılmasına görə Corat bələdiyyəsi hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə olunub. Həmçinin eyni səbəb üzündən Sumqayıt şəhər Təmizlik Departamenti MMC də 7000 manat məbləğində cərimələnib.
Reydlər zamanı məlum olub ki, təkcə iri müəssisələr yox, ictimai iaşə xidməti göstərən fiziki şəxslər də Xəzəri çirkləndirir. Bu səbəbdən bir neçə xidmət sahəsinin - “Səma”, “Əl-Əmrah” , “Sahil-1”, “Mirvari”, “Uğur”, “Pəribulağı” iaşə obyektlərinin iş icraçılarına 500 manat məbləğində cərimə kəsilib.
Elxan SALAHOV

Oxşar yazılar

Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22