Bakıdakı ali məktəblərdə  dərslər  3 gün distant   olacaq
22 sentyabr 2026 19:42 (UTC +04:00)

Bakıdakı ali məktəblərdə dərslər 3 gün distant olacaq

0

"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. 

Lent.az-ın xəbərinə görə, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 23-25-də Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.

Əmr "Formula -1" üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb. 

Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar