Xalxal körpüsü təzələndi
0
0
Oğuz-Xalxal-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilən körpünün tikintisi başa çatıb. Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, Xalxal çayı üzərində tikilən yeni körpü iki aşırımlıdır. Yol qovşağının uzunluğu 37, eni isə 7 metrdir. Körpü boyunca çayda 450 kubmetr həcmində nizamlayıcı bənd tikilib.
Nazirlikdə bildirirlər ki, yeni körpü bu ilin yazında güclü selin dağıtdığı əvvəlki körpünün yerində inşa edilib. Strateji əhəmiyyət daşıyan körpünün istifadəyə verilməsi bölgədə turizmin inkişafı üçün geniş imkanlar yaradır.
Xatırladaq ki, füsunkar təbiətə malik Xalxal kəndi Azərbaycanda turistlərin marağına səbəb olan istirahət zonalarından sayılır.
Elxan SALAHOV