Azərbaycanda 1000-dən çox  şəxsə atalıq məzuniyyəti  verilib
08 sentyabr 2026 14:12 (UTC +04:00)

Azərbaycanda 1000-dən çox şəxsə atalıq məzuniyyəti verilib

0

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişiklikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Qeyd olunub ki, bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir. Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar