Zərdabda 1500-dən çox ailəyə kompensasiya ödənildi - FOTO
Bu barədə Lent.az-a Zərdab rayon sakini, jurnalist Nicat İntiqam məlumat verib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində Zərdab rayonunda ümumilikdə 1500-ə qədər həyəti su basıb, 51 ev uçub, 85 ev qəzalı vəziyyətə düşüb, 1195 ha əkin sahəsi su altında qalıb. 18 sosial obyekt isə qrunt sularından ziyan çəkib.
Bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin xətti ilə tərkibi 15 nəfərdən ibarət alt komissiya rayonda olub və dəymiş ziyanı müəyyənləşdirib. Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq rayonda hazırda 51 evi uçmuş ailəyə şəhərin "32 hektar" adlanan ərazisində yeni evlər tikilir, 85 təhlükəli evdə bərpa-gücləndirmə işləri aparılır. 1500-dən çox ailəyə isə evlərinin cari təmiri üçün kompensasiya ödənilib.
Zərdabda daşqınlar nəticəsində 18 sosial obyektə, o cümlədən 8 məscidə ziyan dəyməsi barədə sənədləşmə işləri isə artıq Fövqəladə Hallar Nazirliyində qəbul olunub. Fövqəladə Hallar Nazirliyinin xətti ilə yaranmış alt komissiya hazırda rayonda fəaliyyətini davam etdirir.

Oxşar yazılar

Bu, dünyanın ən zəngin ölkəsidir: sakinləri ayda 6000 avro qazanır
4 avqust 2025 , 10:31
Bu rayonlarda 41 dərəcə isti qeydə alındı - GÜNÜN HAVASI
4 avqust 2025 , 09:29
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 avqust 2025 , 08:13
BÜRCLƏR üçün avqust ayının ən şanslı günləri
4 avqust 2025 , 00:02
Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37