Ekoloji təmiz məhsula cavabdeh dövlət qurumları – SİYAHI
02 sentyabr 2010 13:17 (UTC +04:00)

Ekoloji təmiz məhsula cavabdeh dövlət qurumları – SİYAHI

0
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qaydalar ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməsini tənzimləyir. Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsinin əsas məqsədi bu sahədə səmərəli və effektiv təbiətqoruyucu texnologiyaların və elmi təminatlı innovasiya siyasətinin tətbiqinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlığı və onların idarə olunması, istehsal texnologiyalarının elmi əsaslarla öyrənilməsi və tətbiqi, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının və metodikalarının işlənməsi və istehsalata tətbiqi, habelə istehsalçılara elmi-praktiki köməkliyin göstərilməsi, birgə layihələrin yerinə yetirilməsi, maarifləndirmə və informasiya yayımı sahəsində işlərin müəyyənləş-dirilməsindən ibarətdir.

Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatını Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası öz səlahiyyətləri daxilində həyata keçirirlər. Aidiyyəti Elmi Tədqiqat institutlarının və tədris müəssisələrinin vasitəsilə bu qurumlar, habelə bu işə cəlb olunan hüquqi və fiziki şəxslər sahənin inkişafına zəmin yaradan aşağıdakı prioritet mövzuların öyrənilib istehsalata tətbiq olunmasını təmin edir:

- ətraf mühit və torpaq tədqiqatlarının aparılması yolu ilə ekoloji təmiz kənd təsərrüfatı istehsalı üçün ərazilərin öyrənilməsi və bu cür təsərrüfatların yaradılması prinsiplərinin işlənilməsi;

- aqrokimyəvi tədqiqatlar vasitəsilə torpaq münbitliyinin qiymətləndirilməsi və torpaqların zərərli maddələrlə çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi;

- yerli genetik fonddan istifadəyə üstünlük verməklə, fizioloji xüsusiyyətlərə (quraqlığa, istiliyə və şoranlaşmaya davamlı) malik, xəstəlik və zərərvericilərə davamlı yeni sort və hibridlərin yaradılması;

- ekoloji təmiz təsərrüfatlar üçün, elmi cəhətdən əsaslandırılmış növbəli əkin sistemlərinin və becərmə texnologiyalarının hazırlanması;

- təbii otlaq və biçənəklərin yaxşılaşdırılmasının elmi əsaslarının işlənməsi;

- bitkiçilikdə bioloji, mexaniki və aqrotexniki üsulların tətbiqi yolu ilə xəstəliklər, zərərvericilər və alaq otlarına qarşı bitki mühafizəsi sisteminin hazırlanması;

- ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı sahəsində müasir texnologiyaların, layihələrin hazırlanması və itirilmiş qida maddələrinin torpağa qaytarılması məqsədi ilə bitki və heyvan mənşəli tullantıların emalı texnologiyalarının hazırlanması;
- kənd təsərrüfatı fəaliyyəti nəticəsində torpağın və suyun çirklənməsinin qarşısının alınması üsullarının hazırlanması;

- ekoloji təmiz kənd təsərrüfatı üçün üzvi gübrələrin və kompostların hazırlanma texnologiyalarının öyrənilməsi;

- quşçuluq, balıqçılıq təsərrüfatlarında ekoloji təmiz istehsal texnologiyalarının işlənməsi və tətbiqi;

- biosfer rezervat daxilində yetişdirilməsi mümkün olan və istehsalının stimullaşdırılması üçün tətbiq edilən kənd təsərrüfatı məhsullarının istehsalının elmi əsaslarının öyrənilməsi;

- ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına dair beynəlxalq təcrübələrə əsaslanan xüsusi layihələrin hazırlanması.

Kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyi aidiyyəti üzrə ekoloji təmiz kənd təsərrüfatı üçün mütəxəssislərin və ixtisaslı kadrların hazırlanması və onların ixtisaslarının artırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsili, maarifləndirilməsi və informasiya yayımının genişləndirilməsi işini təşkil edir, ekoloji təmiz kənd təsərrüfatına dair elmi məqalələrin dərc edilməsi, jurnalların və kitabların nəşr edilməsi üçün müvafiq tədbirlər görür, ekoloji təmiz kənd təsərrüfatının genişləndirilməsi məqsədi ilə sərgi və yarmarkalar təşkil edirlər. Eyni zamanda ekoloji təmiz kənd təsərrüfatı sahəsində kadrların ixtisaslarının müntəzəm olaraq artırılması üçün xüsusi kurslar, seminarlar və konfranslar təşkil edir, bu sahədə xarici ölkədə keçirilən tədbirlərdə mütəxəssislərin və fermerlərin mütəmadi iştirakını təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1061

Oxşar yazılar