Bakıda orqanizm üçün təhlükəli oyuncaqlar satan mağazalar aşkarlanıb– SİYAHI
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) əməkdaşları Bakı şəhərində uşaq oyuncaqlarının idxalı və satışı ilə məşğul olan ticarət şəbəkələrində monitorinq aparıb.
Bu barədə «APA-ECONOMICS»ə komitənin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar paytaxtın Səbail, Nəsimi və Qaradağ rayonlarında keçirilib. Çindən və Rusiyadan idxal olunmuş oyuncaqlardan nümunələr götürülərək SMPDK-in sınaq laboratoriyasında yoxlamadan keçirilərək tərkibi müəyyən olunub. Yoxlamalar zamanı məlum olub ki, oyuncaqların tərkibində ağır metalların miqdarı, iyi normadan artıqdır, rəngi davamsız, tikiş xətləri zəifdir. Bunlar da insan orqanizmi üçün ciddi təhlükə mənbəyidir.
Həmçinin, yoxlanan mağazalarda satılan oyuncaqların uyğunluq sertifikatı olmayıb. Məcburi sertifikatlaşdırılan məhsullar sırasında olmasına baxmayaraq, normativ sənədləri olmadan satışa çıxarılıb. Standartların tələblərinə uyğun gəlməyən oyuncaqlar əsasən Çin istehsalıdır. Bütün hallarda müəssisə rəhbərlərinə iradnamələr təqdim olunub, məhsulların satışını qadağa edən tələbnamələr verilib.
Məhsullarının satışına qadağa qoyulmuş ticarət şəbəkələrinin və təhlükəli oyuncaqların siyahısı:
1. Səbail rayonu, fiziki şəxs Z.Heydərova məxsus «Bayıl» market («Tvins» nişanlı yumşaq «siçan» oyuncağı);
2. Nəsimi rayonu, Dəmir yolu vağzalı, 703-cü məhəllə ünvanında yerləşən fiziki şəxs Vüqar Hüseynova məxsus mağaza (çantada plastik «şax-şax» oyuncağı);
3. Nəsimi rayonu, Azadlıq pr-ti, 84 ünvanında yerləşən fiziki şəxs Tatyana İsmayılovaya məxsus mağaza (plastik paketdə «şax-şax Baby» oyuncağı);
4. Nəsimi rayonu, Dəmir yolu vağzalı ətrafı meydanda fiziki şəxs Xəqani Neymətova məxsus mağaza (plastik «şax-şax», poqremuşka, «Toys toy»);
5. Nəsimi rayonu, F.Qasımzadə küçəsi,19 ünvanında yerləşən fiziki şəxs Lətif Babayevə məxsus «Uşaq aləmi» mağazası (metal «təyyarə», plastik «oğlan» fiquru);
6. Nəsimi rayonu, Dəmir yolu vağzalı ətrafı meydanda yerləşən fiziki şəxs Hüseyn Cabbarova məxsus mağaza (rezin materialdan heyvan təsvirli, səsli oyuncaqlar);
7. Qaradağ rayonu, «Sədərək» TM, mağaza №66 (rezin materialdan «dovşan» və «küçük» oyuncaqları);
8. Qaradağ rayonu, «Sədərək» TM, mağaza №45 (plastik materialdan «gəlincik» oyuncağı);
9. Qaradağ rayonu, «Sədərək» TM, mağaza №82 (rezin materialdan «günəş» oyuncağı);
10. Qaradağ rayonu, «Sədərək» TM, mağaza №17 (yumşaq oyuncaq «ayı balası», plastik «yük maşını», rezin «dovşan balaları»).

Oxşar yazılar

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq
19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR
19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
19 iyun 2025 , 08:21
Dörd BÜRCƏ dözümlülük ÇAĞIRIŞI: Elə çətinliklər olacaq ki...
19 iyun 2025 , 00:02
Bu şəhərə yay qarı yağdı
18 iyun 2025 , 22:51
İyunun 1-də keçirilən qəbul imtahanının NƏTİCƏLƏRİ
18 iyun 2025 , 22:05
Müharibələrə görə rekord il - Ölənlərin ümumi sayı nə qədərdir?
18 iyun 2025 , 20:15