Xamenei ilə vida mərasimi təxirə salındı - YENİLƏNİB
04 mart 2026 15:00 (UTC +04:00)

Xamenei ilə vida mərasimi təxirə salındı - YENİLƏNİB

0

Tehranda Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.

Lent.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məsələ ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

***

saat 10:48

Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq.

Lent.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, vida mərasimi bu gün axşam Tehranda başlayacaq və 3 gün 24 saat fasiləsiz davam edəcək.

Vida mərasim yerli vaxtla saat 22:00-da İmam Xomeyni Müsəllasında başlayacaq.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrailin hava hücumları nəticəsində öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 800

Oxşar yazılar