“Bizdə radikallar da var, onlar A/H1N1 virusu kimi bir şeydir”
Şeyxülislam “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və düzəlişlərlə münasibət bildirdi
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və düzəlişlərlə bağlı münasibət açıqlayıb.
Lent.az-ın xəbərinə görə, Şeyxülislam xüsusən xaricdə dini təhsil alan şəxslərin din mərasimləri idarə edilməsinə olan qadağanın xalq tərəfindən birmənalı qarşılanmadığını deyib. Lakin o, narahatçılığa əsas görmədiyini deyib. Paşazadə bu dəyişikliyin dinə qarşı olmadığını vurğulayıb. Şeyxin sözlərinə görə, yeni edilən əlavə və dəyişikliklərin müsbət və mənfi tərəfləri var: “Məsələn, bir nəfər 6-cı sinifdə oxuyandan xaricə təhsil ardınca gedir və 25 yaşında qayıdırsa, Azərbaycan pasportunu daşımasına baxmayaraq, özünü buranın vətəndaşı saymır. Belələri var. “Əbu-Bəkr” məscidində və başqa yerlərdə baş verən bu cür hadisələri nəzərə alsaq, bizdə radikalların da olduğunu görürük. Bu da A/H1N1 virusu kimi bir şeydir”.
A.Paşazadə ali təhsilini Azərbaycanda təhsil alan (məsələn, BDU-nun İlahiyyat fakültəsi, İslam Universiteti) şəxslərin sonradan xaricdə bir müddət oxumasını isə onların təkmilləşdirilməsi kimi başa düşülməsini istəyib. Onun sözlərinə görə, qanun bu cür şəxslərə şamil edilməyəcək: “Bununla yanaşı, qanunun geriyə şamil olunmadığını da nəzərə almaq lazımdır. Söhbət ondan gedir ki, dini mərasimləri idarə edə bilməməklə bağlı məhdudiyyət qanuna əlavə və dəyişiklikdən sonrakı müddətdə xaricə təhsil alanlara aid ediləcək”.
Pərvin ABBASOV

Oxşar yazılar

"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ
10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC
10 may 2025 , 18:40
Sabahdan güclü külək əsəcək
10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ
10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi
10 may 2025 , 12:25
Leysan, dolu, sulu qar - Sabahın HAVASI
10 may 2025 , 12:23
Dünyanın öpüşmə xəritəsi: Bu ölkələrdə öpüşmürlər
10 may 2025 , 10:40