Azərbaycan Diplomatik Akademiyası “Açıq qapı günü” keçirəcək
14 iyul 2011 18:14 (UTC +04:00)

Azərbaycan Diplomatik Akademiyası “Açıq qapı günü” keçirəcək

Azərbaycan Diplomatik Akademiyası (ADA) 23, 26 və 29 iyul tarixlərində “Açıq qapı günü” keçirəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADA iki bakalavr proqramı - Beynəlxalq Münasibətlər və Biznesin İdarəedilməsi (mühasibat uçotu, maliyyə, marketinq və beynəlxalq biznes) təklif edir.

Qəbul yalnız II ixtisas qrupu üzrə TQDK tərəfindən keçirilən imtahana əsasən aparılır.
# 435

Oxşar yazılar