Avqustun 1-də Ramazan ayı başlayır
14 iyul 2011 18:45 (UTC +04:00)

Avqustun 1-də Ramazan ayı başlayır

APA-nın məlumatına görə, hicri təqvimi ilə 1432-ci il Ramazan ayının 1-i miladi təqvimlə 2011-ci il avqustun 1-nə təsadüf edir.

Ramazan ayı 29, yaxud 30 gün olacaq. Ramazan ayının başa çatması və şəvval ayının başlanması hilalın (ayın) görünməsindən asılı olaraq QMİ tərəfindən elan ediləcək. QMİ bunu AMEA Şamaxı Astrofizika Rəsədxanasından aldığı məlumat əsasında bildirəcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il avqustun 30 və 31-i Ramazan bayramı ilə əlaqədar qeyri-iş günüdür.

Qeyd edək ki, Ramazan ayı ilə əlaqədar QMİ-nin Qazılar Şurası fətva verəcək.
# 619

Oxşar yazılar