Evimizdəki ən çirkli əşyalar - SİYAHI
0
0
Ölkədə baş verən inkişaf ev əşyalarında da özünü birmənalı şəkildə göstərir. Artıq heç kimi ətçəkən, şirəçəkən və ya paltaryuyanla təəccübləndirmək mümkün deyil. Lakin bizim rahatlığımıza xidmət edən əşyalar bəzən infeksiya mənbəyinə də çevrilə bilir.
Lent.az-ın “RİA Novosti”yə istinadla xəbərinə görə, Arizona universitetinin mikrobioloqları evdəki əşyaları mikrob yayma riskinə görə təsnif ediblər. Ən təhlükəlilər isə bunlar olub.
1. Kəsim taxtası. Mütəxəssislər bu əşyanın qaynar su ilə yuyulmasını və hər evdə ən azı 6 ədəd olmasını tövsiyə edirlər. Başqa sözlə, çörək, ət, balıq, göyərti, yarımfabrikat və sair üçün işlənən taxtalat tam ayrı olmalıdır.
2. Telefon. Telefon aparatı gündə azı bir dəfə yaş əski ilə silinməli və qurulanmalıdır.
3. Qab süngəri. Bu əşya hər həftə yenilənməlidir.
4. Hamam pərdəsi. Ayda bir dəfə dəyişilməlidir.
5. Zibil qabı. Ayda bir dəfədən az olmayaraq dezinfeksiyaedici maddələrlə təmizlənməlidir.
6. Avtomat paltaryuyan maşın. Maşının rezin hissələri ayda bir dəfədən az olmayaraq dezinfeksiyaedici maddələrlə təmizlənməlidir. Yuma prosesindən sonra maşının quruması üçün onu bir müddət açıq saxlamaq lazımdır.
7. Qabyuyan maşın. Maşının rezin hissələri ayda bir dəfədən az olmayaraq dezinfeksiyaedici maddələrlə təmizlənməlidir.
Unutmayaq ki, rütubət və istilik mikrobların çoxalması üçün əlverişlidir. Rahat yaşam üçün evdə, xüsusən də mətbəxdə ventilyasiyanın olması vacib şərtdir.
Vüqar