Bəşəriyyətin ədalət və mərhəmət intizarı
Hər bir insanın fitrətində ədalət hissi mövcuddur. Hər bir insan inanır, hər bir insan bilir: bir zaman gələcək ki, müharibələr, qarşıdurmalar olmayacaq, dünyada zülm və ədalətsizlik törədənlər aradan gedəcək, heç kəsin haqqı basılmayacaq. Praktik olaraq, bütün dini təlimlərdə və ideoloji məktəblərdə ədalət erasının gələcəyinə inamı təsdiqləyən bu müddəa vardır. Xristianlıqda bu eranın gəlişini Messiya ilə, yəhudi dinində Maşiax ilə əlaqələndirirlər. Amma adının müxtəlif səsləndirilməsindən asılı olmayaraq, mahiyyət etibarilə, söhbət eyni bir müqəddəs simanın - Həzrət Mehdinin gəlişindən gedir. Bütün ilahi dinlər xəbərdar etmişlər ki, müqəddəs bir insanın gəlişi ilə dünyada şəfqət və ədalət erası başlayacaqdır. Bu dünyada pislik və zülm olmayacaqdır. Bir dünya olacaqdır ki, onun ab-havası sülh, əmin-amanlıq, harmoniya əsasında formalaşacaqdır.
Hər bir insanda bu hiss var, bu duruma məhəbbət var. Hər bir insan bilir ki, şər bitəcək və xeyir gələcək. Bəşəriyyət bu gözləntini öz səmimi duyğularında yaşadır və bu gözlənti xeyrin, quruculuğun, mənəvi dayaqların möhkəmlənməsinə xidmət edir.
Şaban ayının 15-də (bu il üçün – iyulun 17-də) İmam Mehdinin dünyaya gəldiyi günün ildönümüdür. Bu müqəddəs şəxs gözlərdən qeybdədir və Tanrının müəyyən etdiyi gündə onun bəşəriyyətə zühuru olacaq və bu zühurla insanların çoxəsrlik gözləntiləri həyata keçəcəkdir.
Bu gəlişi arzulayan hər bir insan – hansı əqidəyə mənsub olmasından asılı olmayaraq – dünyada harmoniyanın bərqərar olunmasına öz payını verərsə, ətrafındakı insanlarla münasibətinə yenidən baxarsa, bu münasibətlərin xeyir niyyət üzərində olmasına diqqət edərsə, o zaman ki, hər bir insan yaxşılıqlara tərəf hərəkət edərsə – nəhəyət o gün yetişər ki, ədalətsizlik və zülmdən azad olan bir dünya qurular.
O gün gələcək!
Yağı düşmənin tapdağı altında ana Vətən torpaqları inləyən millətimiz üçün bu ədalət hissi və bu ədalət gözləntisi necə tanışdır...
Nadir Adıgözəlov

Oxşar yazılar

Bu rayonda qaz kəsiləcək
18 avqust 2025 , 10:11
Bu həftə böyük pul vədi verilən 3 BÜRC
18 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 avqust 2025 , 08:21
Bu həftə yalnız bu 3 bürcün bəxti gətirəcək: siyahıda kimlər var
18 avqust 2025 , 00:02
Uğur və sərvət gətirən dörd doğum tarixi: Siyahıdasınızmı?
17 avqust 2025 , 19:59
Bəylə gəlin pul qarşılığında yad adamları toylarına dəvət edirlər: yeni trend
17 avqust 2025 , 18:41
Avqust 4 BÜRCƏ çoxlu pul gətirəcək
17 avqust 2025 , 18:10