Dövlət Komissiyasına 554 sənəd daxil olub
19 iyul 2011 17:38 (UTC +04:00)

Dövlət Komissiyasına 554 sənəd daxil olub

Bu ilin 6 ayı ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 800 nüsxə materiallar toplusu (Azərbaycan, rus ingilis dillərində), 428 ədəd “Erməni terroru”, 195 ədəd “Prestupleniye armyanskix terroristiçeskix i banditskix formiravaniy protiv çeloveçestva”, 62 ədəd “Skazki armyanskix “mudrecov”, 213 ədəd “Bizi əsirlikdən qurtarın”, 224 ədəd “QSM-7 təsdiq edir”, 234 ədəd “Qarabağ: dünən, bu gün fotoşəklillərdə” adlı kitablar respublikamızda və xarici ölkələrdə yayılıb. Lent.az-ın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Dövlət Komissiyası və Dövlət Komissiyası və onun İşçi Qrupunun bu ilin birinci yarımilində fəaliyyəti ilə bağlı hesabatda əksini tapıb.


382 ədəd “Erməni terroru”, 684 ədəd “Armenian terrorizm”, 310 ədəd “Bizi əsirlikdən qurtarın”, 227 ədəd “QSM-7 təsdiq edir”, 328 ədəd “Xocalı faciəsi” adlı Azərbaycan və ingilis dillərində film, 209 ədəd “Qarabağ” kitabının CD və DVD variantları, Avstriyalı alim, tədqiqatçı Erix Fayqlın “Terror haqqında həqiqət”, “Kəskin dönüş, erməni mifomaniyası və həqiqət” adlı kitablarının CD variantı 486 ədəd, o cümlədən, xəritə, Xocalı faciəsini və digər cinayət faktlarını əks etdirən fotolar yazılmış kompakt disklər də respublikamızda və xarici ölkələrdə yayılıb.


Dövlət Komissiyasına müraciət etmiş 23 nəfərin sosial problemlərinin həll olunması üçün Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar göndərilib. Hesabat dövründə Dövlət Komissiyasına 554 sənəd daxil olub, 657 məktub (sorğular, müraciətlər, daxil olmuş məktublara cavab və s.) aidiyyatı üzrə göndərilib.

Hesabatda o da qeyd olunur ki, bu il yanvar ayının 26-da Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış “AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi” üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər aparılıb. Bu proqramın Dövlət Komissiyasına təhvil verilməsi üçün İşçi Qrupunda texniki imkanlar yaradılıb və proqram xüsusi kompüter şəbəkəsində yerləşdirilib. Artıq 100 nəfər itkin barədə toplanmış “AnteMortem” məlumatlar toplusu da Dövlət Komissiyasının İşçi Qrupuna təhvil verilib. Onlardan 56 nəfər barədə məlumat “Məlumat bazası”na yüklənib. Bu işdə Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisi də yaxından iştirak edir.
# 438

Oxşar yazılar