Hərbi liseylərə, Orta Hərbi Tibb Məktəbinə keçid balları açıqlandı
19 iyul 2011 17:58 (UTC +04:00)

Hərbi liseylərə, Orta Hərbi Tibb Məktəbinə keçid balları açıqlandı


2011/2012-ci tədris ili üçün hərbi liseylərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən C.Naxçıvanski adına Hərbi liseyə (Bakı ş.) keçid balı 200, H.Əliyev adına Hərbi liseyə (Naxçıvan şəhəri) isə 150 bal olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) keçid balı 87.5 bal olub.

IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticəsinə əsasən Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasına keçid balı 380 bal (bütün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti saxlanmaqla) olub. Bu təhsil müəssisələrinə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq təhsil müəssisəsinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
# 12752

Oxşar yazılar