Keyfiyyətsiz “Tərxun” və “Düşes” istehsal edən qadın sahibkar cərimələndi
19 iyul 2011 18:22 (UTC +04:00)

Keyfiyyətsiz “Tərxun” və “Düşes” istehsal edən qadın sahibkar cərimələndi

Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 34A ünvanında İzayət İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Tərxun” sərinləşdirici içkilərinin, qazlı və saf suların uyğunluq sertifikatı olmadan istehsal edilməsi, həmin məhsulların, eləcə də “Düşes” sərinləşdirici içkisinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən bu təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə sahibkar İzayət İsmayılova 1,8 min manat maliyyə sanksiyası tətbiq edilib.
# 530

Oxşar yazılar