İnsan orqanizmi üçün təhlükəli dondurmaların istehsalı və satışının qarşısı alınıb
19 iyul 2011 18:31 (UTC +04:00)

İnsan orqanizmi üçün təhlükəli dondurmaların istehsalı və satışının qarşısı alınıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Müzəffər Poladova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən “Okean” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az olduğu, “Yoloçka” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində “S.aureus” bakteriyaları (stafilakok) olduğu üzə çıxıb.

“Rose” plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və “S.aureus” bakteriyaları (stafilakok) olduğu, “Titanik” və 500 qramlıq plasmas qablaşdırmada olan plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və “S.aureus” bakteriyaları (stafilakok) olduğu aşkarlanıb.

“Qızıl standart” plombir dondurmalarında turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları (stafilakok) olduğu, südlü dondurmalarda turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu aşkar edilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 485 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Müzəffər Poladova icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.
# 525

Oxşar yazılar