Allahşükür Paşazadə Türkiyə parlamentinin sədri ilə görüşüb
20 iyul 2011 11:05 (UTC +04:00)

Allahşükür Paşazadə Türkiyə parlamentinin sədri ilə görüşüb

APA-nın TBMM-in saytına istinadən verdiyi məlumata görə, görüşdə Türkiyənin diyanət işləri başkanı Mehmet Görməz də iştirak edib. Görüş mətbuatın iştirakı olmadan keçib.

Nümayəndə heyətinin tərkibində Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Hüseynbala Mirələmov və Cavanşir Paşazadə də təmsil olunub.

A. Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti həmçinin Türkiyə diyanət işləri başkanı Mehmet Görməz tərəfindən də qəbul edilib.
# 402

Oxşar yazılar