Yol polisi karikaturaçıları mükafatlandırdı
0
0
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) “Avtoxuliqanlığa qarşı birgə mübarizə aparaq” mövzusunda sosial şəbəkələrdə elan etdiyi karikatura müsabiqəsinə yekun vurulub. Lent.az-ın məlumatına görə, müsabiqənin qalibi Rüfət Umudov olub. Coşqun Məmmədov ikinci, Zaur Səmədov isə üçüncü yeri tutub. Qaliblərə pul mükafatları verilib. Həmçinin ilk 10-a daxil olan iştirakçılara qiymətli hədiyyələr təqdim olunub.
BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov bildirib ki, iyulun 15-də elan edilən müsabiqəyə internetdə yaradılan səhifənin 5700 istifadəçisi arasından 86 karikatura təqdim olunub. V. Əsədov həmçinin deyib ki, 2011-ci ilin yanvarın 1-dən iyulun 30-dək Bakı şəhəri üzrə 19 avtoxuliqanlıq əlamətli yol qəzası baş verib. Nəticədə 11 nəfər ölüb, 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 214 avtoxuliqanlıq hadisəsi isə xüsusi texniki vasitələrlə aşkarlanıb. Şöbə rəisi bunlardan 39-nun təkrar xuliqanlıq faktı olduğunu və məhkəmə göndərildiyini açıqlayıb.
Tədbirdə Bakı şəhər Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərli də iştirak edib.
Nizam RZA