142 - Çağrı Mərkəzi bu ay 165 min müraciəti cavablandırıb
30 aprel 2020 10:55 (UTC +04:00)

142 - Çağrı Mərkəzi bu ay 165 min müraciəti cavablandırıb

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, təkcə aprel ayında 142 - Çağrı Mərkəzi tərəfindən vətəndaşların 165 mindən çox müraciəti cavablandırılıb. Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub.

Zənglər saat 9:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1284

Oxşar yazılar