Arvadı vəfat edən kişilər pensiyaya tez çıxacaq - Azərbaycanda
13 mart 2024 15:41 (UTC +04:00)

Arvadı vəfat edən kişilər pensiyaya tez çıxacaq - Azərbaycanda

Yoldaşı vəfat edəndən sonra uşağına baxan ata evlənsə belə, pensiyaya tez çıxacaq.

Lent.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi, uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.

# 12066
avatar

Oxşar yazılar