Azərbaycanda bu rayonlarda yağış "sel kimi"  YAĞIDI
13 avqust 2025 10:07 (UTC +04:00)

Azərbaycanda bu rayonlarda yağış "sel kimi" YAĞIDI

Avqustun 13-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki,ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub, leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 17, Zaqatala və Qaxda (Sarıbaş) 16 , Şahdağda 9, Balakəndə 8, Qrızda 7, Xınalıq, Gədəbəy, Lerik, Qəbələ, Quba, Tərtər, Mingəçevir, Beyləqan, Biləsuvar, İmişli, Ağdam, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Sabirabad, Cəfərxan, Neftçala, Şamaxı, Qobustan, Xaltan, Qusar, Oğuz, Daşkəsən, Tovuz, Ordubad, Şərur, Culfa, Naxçıvan, Yardımlı, Ağstafa, eyni zamanda Bakıda və Abşeron yarımadasında 3 mm-dək qeydə alınıb.

Avqustun 12-də Culfada şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar