Binanın həyətində yeni doğulan körpə meyiti  tapıldı
13 avqust 2025 13:20 (UTC +04:00)

Binanın həyətində yeni doğulan körpə meyiti tapıldı

Rusiyanın Perm vilayətində binanın həyətində körpə meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Perm diyarının Berezniki şəhərinin Mira küçəsində qeydə alınıb.

Güman olunur ki, körpənin anası həmin binanın 5-ci mərtəbəsində yaşayan sakinlərdən biridir. Yeni doğulmuş körpənin anası mənzildə qohumları ilə birgə yaşayır.

Körpənin meyitini pəncərə altında qonşu qız tapıb. Hadisə yerinə polis çağırılıb. Məlumata görə, İstintaq Komitəsi bu cinayət faktı ilə bağlı yoxlama başladıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar