Hindistanda pələng 23 yaşlı ibtidai sinif müəlliminə hücum edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Madhya-Pradeş ştatındakı Penç qoruğunun yaxınlığında qeydə alınıb. Pələng 23 yaşlı Manoj Dhurveni parçalayaraq, yeyib.
Qeyd olunur ki, yerli məktəbdə çalışan gənc müəllim meşəyə göbələk yığmağa gedib və evə qayıtmayıb. Kənd sakinləri yırtıcının izinə düşərək, müəllimin yalnız üzü və bir ayağı salamat qalmış cəsədini tapıblar.
Bu, son bir ayda baş verən ikinci oxşar hadisədir. İyul ayında Sundarbanda pələnglər bir nəfəri parçalayıb, digər şəxs isə hələ də itkin düşmüş kimi qeyd olunur.