“Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsinin icrası başa çatıb
29 fevral 2024 09:38 (UTC +04:00)

“Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsinin icrası başa çatıb

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçiridi “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsinin icrasını başa çatdırıb.

Lent.az xəbər verir ki, üç ay davam edən layihənin məqsədi gəncləri milli mənəvi dəyərlər və ailə dəyərləri ilə bağlı maarifləndirmək olub.

İcrasına 1 dekabr 2023-cü il tarixdə başlanan layihə çərçivəsində Azərbaycanda milli-mənəvi dəyərlərin ailə institutunun formalaşmasına təsiri”, “Müasir Azərbaycan ailəsi: keçmişdən gələcəyə daşınan miras”, “Ailə münasibətlərinin formalaşmasında milli dəyərlərin hüquqi normalarla tənzimlənməsi” və “Milli mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” sərlövhəli araşdırma xarakterli yazılar hazırlanaraq mətbuatda dərc olunub.

Layihə çərçivəsində “Azərbaycanda milli-mənəvi dəyərlərin ailə institutunun formalaşmasına təsiri”,  “Müasir Azərbaycan ailəsi: keçmişdən gələcəyə daşınan miras”, “Milli-mənəvi dəyərlərin təbliği: Gənclərimizə nəyi öyrədək?” və “Ailə münasibətlərinin formalaşmasında milli dəyərlərin hüquqi normalarla tənzimlənməsi” mövzularında tədbirlər keçirilib.

# 2835
avatar

Oxşar yazılar