Azərbaycanda koronavirusa yoluxma, 27 iyun statistikası
27 iyun 2021 17:59 (UTC +04:00)

Azərbaycanda koronavirusa yoluxma, 27 iyun statistikası

Azərbaycanda son sutkada koronavirusa yoluxma

0

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 58  nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 836  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 084 nəfər müalicə olunaraq sağalıb, 4 968 nəfər vəfat edib, aktiv xəstə sayı  784 nəfərdir.

Ölkədə son sutka ərzində 6 213, hazırkı dövrədək isə 3 728 712   test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2190

Oxşar yazılar