"Azəriqaz" rəhbərliyi Beyləqanda sahibkarlarla görüşəcək
18 aprel 2022 12:55 (UTC +04:00)

"Azəriqaz" rəhbərliyi Beyləqanda sahibkarlarla görüşəcək

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Beyləqan rayonunda təşkil olunacaq. "Azəriqaz"ın rəhbər şəxsləri Beyləqan Gənclər Mərkəzində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 19-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1782
avatar

Oxşar yazılar