Bağçalara sənəd qəbulu  DAYANDIRILDI
22 may 2023 10:34 (UTC +04:00)

Bağçalara sənəd qəbulu DAYANDIRILDI

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılıb.

Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

# 2307
avatar

Fidan İlqar

Oxşar yazılar