Bakı-Qəbələ qatarında bilet qiyməti açıqlandı - FOTO
04 mart 2023 15:05 (UTC +04:00)

Bakı-Qəbələ qatarında bilet qiyməti açıqlandı - FOTO

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək.

Lent.az xəbər verir ki, müvafiq marşrut üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılıb. Bu münasibətlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan İnvestisiya Holdinqi və ADY rəsmiləri, Dövlət Turizm Agentliyi, nəqliyyat üzrə ekspertlər və səyahət blogerlərinin iştirakı ilə Bakı-Qəbələ qatarının rəmzi səfəri təşkil olunub.

Qonaqlara yeni dəmir yolu xətti ilə paytaxtdan Qəbələyə və qonşu rayonlara qısa zaman kəsiyində rahat və təhlükəsiz şəkildə səfər etmək imkanı, eləcə də Qəbələ dəmir yolu vağzalında yaradılmış müasir şərait və xidmətlərlə bağlı ətraflı məlumat verilib.

Xatırladaq ki, Qəbələ Dəmiryol Vağzalı və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2021-ci ilin may ayının 15-də baş tutub.

Qeyd edək ki, 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.

Hərəkət cədvəlinə gəlincə qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir.

Dəmir yolu vağzalında təşkil olunmuş tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Qəbələyə ilk dəfə olaraq dəmir yolu xəttinin çəkilməsi müasir Azərbaycan tarixində olduqaca önəmli hadisədir: ‘’Cənab Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı müəyyən etdiyi strateji hədəflərə çatmaq üçün ADY dəmir yolu infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara çatdırılması isiqamətində ciddi iş aparır. O cümlədən, sərnişin daşıma xidmətinin təkmilləşdirilməsi üçün bu ilin sonunda Bakıya çatdırılması planlaşdırılan yeni elektrik qatarları ilə daha geniş miqyasda xidmət göstərə biləcəyik’’.

Tədbirdə iştirak edən Qəbələ rayonu icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, şəhərə dəmir yolu xəttinin çəkilməsi və istismara verilməsi Qəbələ ilə yanaşı ərtaf rayonların əhalisi üçün də böyük önəm daşıyır: ’’Regionun turizm potensialının daha da inkişaf etdirilməsi istiqamətində yeni dəmir yolu xəttinin yaratdığı imkanlar olduqca böyükdür’’.

# 5406
avatar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39