Bakı toz dumanı bir neçə gün DAVAM EDƏCƏK - PROQNOZ
19 iyul 2022 11:06 (UTC +04:00)

Bakı toz dumanı bir neçə gün DAVAM EDƏCƏK - PROQNOZ

Bakıda və Abşeron yarımadasında son günlər şimal-qərb küləyinin arabir güclənməsi nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətrafa yayılması müşahidə edilir. 

Bunu Lent.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, havada müşahidə olunan toz dumanı lokal xarakterlidir. 

G.Məmmədovanın sözlərinə görə  iyulun 19-u səhər saatlarında avtomatik stansiyalardan əldə olunmuş məlumatlara əsasən havada dispers toz hissəcikləri Bakı şəhərinin Xətai rayonunda normadan 1.4, Nizami rayonunda 1.5, Səbail rayonunda isə 1.2 dəfə yüksəkdir. 
    
“Güclü şimal-qərb küləyindən və meteoroloji şəraitdən asılı olaraq tozlu havanın həftənin sonuna kimi davam edəcəyi proqnozlaşdırılır”.

# 1470
avatar

Fidan İlqar

Oxşar yazılar