Bakıda 11 marşrutun  dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
09 avqust 2026 20:47 (UTC +04:00)

Bakıda 11 marşrutun dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq

0

Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə Nizami küçəsi arasındakı hissəsində aparılan təmir işləri ilə əlaqədar avqustun 10-da bir sıra marşrut avtobuslarının həmin ərazidə yerləşən dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.

APA xəbər verir ki, sərnişinlərin avtobuslara minib-düşməsi zamanı yarana biləcək çətinlik və narahatlıq nəzərə alınaraq 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar avqustun 10-da sözügedən dayanacaqlarda sərnişin götürüb-düşürməyəcək.

Avqustun 11-dən etibarən həmin marşrutlar əvvəlki qaydada sərnişinlərə xidmət göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 185

Oxşar yazılar