Bakıda ana 5 uşağı ilə birgə PARKDA GECƏLƏYİR - VİDEO
08 avqust 2022 14:30 (UTC +04:00)

Bakıda ana 5 uşağı ilə birgə PARKDA GECƏLƏYİR - VİDEO

Bakıda ana 5 uşağı ilə birlikdə parkda gecələyirlər. 

Lent.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb.

Belə ki, görüntülər “Şamaxinka” deyilən ərazidə qeydə alınıb. Videoda görünür ki, ana və uşaqları parkda yatır, orada yaşayırlar. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

Görüntülərdəki ana və uşaqları müəyyən olunaraq sığınacağa yerləşdiriliblər. 
 

# 4719
avatar

Aytəkin Cəlali

Oxşar yazılar