Bakıda daha bir marşrut xəttinin hərəkət qrafiki DƏYİŞDİRİLDİ
12 avqust 2021 15:37 (UTC +04:00)

Bakıda daha bir marşrut xəttinin hərəkət qrafiki DƏYİŞDİRİLDİ

Bakıda marşrut xətlərindən birinin hərəkət qrafiki dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Lent..az-a verilən məlumata görə, Yasamal Yaşayış Kompleksini şəhər mərkəzi ilə əlaqələndirən 10 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib. Belə ki, marşrut üzrə avtobusların hərəkət sxemi Yasamal Yaşayış Kompleksinin (MİDA) ərazisindən keçməklə yeni inşa edilən massivdə (Kristal Abşeron) yaşayan 1500-dən artıq sakinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin edəcək. 

Marşrutun fəaliyyəti qeyd edilən əraziyə avqustun 13-dən təşkil ediləcək.

# 2250
avatar

Mehman Nəbiyev

Oxşar yazılar