Bakıda naviqator TƏLƏSİ:  bütün maşınlar çuxura düşür - FOTO
15 mart 2023 15:40 (UTC +04:00)

Bakıda naviqator TƏLƏSİ: bütün maşınlar çuxura düşür - FOTO

Bakının Binəqədi rayonunda yerləşən bu ərazi taksi sürücülərini çaş-baş salıb.

Lent.az xəbər verir ki, bu barədə sürücülər sosial şəbəkədə məlumat yayıblar. Onların sözlərinə görə, naviqator qeyd edəcəyimiz ərazidə taksi xidməti ilə çalışan sürücülərə baş bəlasına çevrilib. Söhbət Binəqədi rayonu 7-ci mikrorayon ərazisində musiqi məktəbi ilə “Bolluq” bazarının arasında olan pilləkənlərdən gedir.

Belə ki, naviqator hər dəfə sürücülərə bu ərazidə gedəcəkləri istiqamət üzrə sağa dönməyi göstərir. Bu zaman isə sifariş arxasınca yaxud sərnişini düşürməyə tələsən sürücülər pilləkənə düşürlər. Nəticə etibarilə avtomobilə ziyan dəyir.

Sürücülər problemin naviqator ilə “Bolt”, “Uber” və s. işlədikləri şirkətlərin birgə tədbir görməsində aradan qalxa biləcəyini düşünürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718
avatar

Oxşar yazılar