Bakının bu küçəsinə yeni radar qoyuldu - QEYRİ-ADİDİR
18 may 2023 17:32 (UTC +04:00)

Bakının bu küçəsinə yeni radar qoyuldu - QEYRİ-ADİDİR

Sosial şəbəkələrdə Bakıda yeni radar cihazının quraşdırılması barədə məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, yayılan məlumatlardan cihazın Xətai rayonu “8 Noyabr” prospektində, “Ağ Şəhər” istiqamətində qoyulduğu bildirilir.

Əldə etdiyimiz məlumata görə, sözügedən radar qurğusu hələlik test mərhələsindədir. Cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub. Test dönəmində olduğu üçün radar qurğusu hələlik heç bir cərimə qeydə almır. Cihaz yalnız özünü doğrultduqdan sonra yüksək sürəti qeydə alacaq. Tam fərqli görünüşdə olan yeni cihazdan əvvəl də radar nişanı qoyulmayıb. Bu da məhz qurğunun fəaliyyət göstərməməsi ilə bağlıdır. Məlumata görə, yeni qurğudan bir neçə ədəd idxal edilib və test mərhələsindən sonra paytaxtın digər yerlərində də quraşdırılacaq.

Sürücülərə hər hansı cəriməyə görə deyil, öz həyat və sağlamlıqları naminə yüksək sürətdən çəkinmələri məsləhət görülür. 

# 6129
avatar

Mehman Nəbiyev

Oxşar yazılar