Bakının mərkəzində su kəsiləcək
23 noyabr 2022 17:11 (UTC +04:00)

Bakının mərkəzində su kəsiləcək

Bakının mərkəzi qəsəbələrinə suyun verilməsində fasilə yaranacaq.

"Azərsu" ASC-dən Lent.az-a verilən məlumata görə, məhdudiyyət magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır. Bu səbəbdən Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

# 2454
avatar

Oxşar yazılar