Binəqədini  su basdı  - 10 gündür boru partlayıb, küçəyə axır - VİDEO
18 fevral 2026 10:21 (UTC +04:00)

Binəqədini su basdı - 10 gündür boru partlayıb, küçəyə axır - VİDEO

0

Bakının Binəqədi rayonunun Binəqədi kəndində, Gülüstan küçəsi 15 ərazisində günlərdir içməli su borusu partlayıb.

Lent.az-a müraciət edən sakinlər bildirir ki, 10 gündən çoxdur içməli su borusu partlayaraq, küçəyə axır.

Bu səbəbdən də yollar palçıq olub, gediş-gəliş çətinləşib. Onlar müvafiq quruma dəfələrlə müraciət etsələr də, hələ ki, məsələyə baxılmayıb.

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, hazırda araşdırma aparılır, nəticə ilə bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar