Bu rayonlara dolu düşdü - FAKTİKİ HAVA
07 aprel 2023 10:35 (UTC +04:00)

Bu rayonlara dolu düşdü - FAKTİKİ HAVA

0

Bu günə olan faktiki hava açıqlanıb,

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a veirlən xəbərə görə, aprelin 7-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb. Proses radar sistemləri ilə müşahidə edilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Qrızda 2 sm olub.

Yağan yağıntının miqdarı Qaxda 37.0 mm (aylıq normanın 29%-i), Mingəçevirdə 33.0 mm (aylıq normanın 96%-i), Şəkidə 22.0 mm (aylıq normanın 24%-i), Ağdamda 20.0 mm (aylıq normanın 41%-i), digər rayonlarda düşən yağıntının miqdarı 5.0-11.0 mm olub.

Aprelin 6-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 mm, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2177

Oxşar yazılar