Cərimə olunmamaq üçün nömrəsini "dəyişən"  "Prius" sürücüsü cəzalandırıldı
07 dekabr 2023 16:47 (UTC +04:00)

Cərimə olunmamaq üçün nömrəsini "dəyişən" "Prius" sürücüsü cəzalandırıldı

Cərimələrdən yayınmaq üçün avtomobilin nömrəsində dəyişiklik edən sürücü cəzalandırılıb.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, idarənin 050-8000-902 whatsapp nömrəsinə gələn müraciət əsasında idarə etdiyi "Toyota Prius" markalı 77-DC-247 dövlət qeydiyyat nişanlı avtomobilin seriyasında C hərfini O edərək elektron cərimələrdən yayınmağa çalışan sürücü Bəhruz Məmmədov aşkar edilərək məsuliyyətə cəlb edilib.

Bir daha bütün sürücülərdən bu kimi qanunsuz hərəkətlərə yol verməmələri tələb olunur və belə hallara yol verən şəxslər barəsində daha ciddi tənbeh tədbirlərinin görüləcəyi diqqətə çatdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9342
avatar

Oxşar yazılar