"Əbu Bəkr" məscidində 15 il sonra ilk  CÜMƏ NAMAZI - FOTO
12 may 2023 14:47 (UTC +04:00)

"Əbu Bəkr" məscidində 15 il sonra ilk CÜMƏ NAMAZI - FOTO

Bakının Nərimanov rayonunda yerləşən “Cümə” məscidində uzun fasilədən sonra ilk cümə namazı qılınıb.

Lent.az xəbər verir ki, əvvəllər “Əbu Bəkr” məscidi kimi tanınan ibadət ocağında cümə namazına Ceyhun Rüstəmov imamlıq edib.

Qeyd edək ki, məscid 1998-ci ildən fəaliyyət göstərir. 2008-ci il avqustun 17-də məsciddə terror aktı törədilir. Nəticədə məscidin o vaxtkı imam Hacı Qamət Süleymanov da daxil olmaqla bir neçə nəfər yaralanır. 2021-ci ildə məsciddə əsaslı təmir işləri başlanıb. Bu il aprelin 20-də məscid əsaslı təmir rekonstruksiyadan sonra istifadəyə verilib. Açılış mərasimində prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Xatırladaq ki, sonuncu dəfə “Cümə” məscidində 5380 gün əvvəl cümə namazı qılınıb.

# 2871
avatar

Oxşar yazılar